Saytımızı qiymətləndirin


 
 

Ermənistan daha Moskvaya arxalana bilməz - Paşinyan
Tarix: 13-09-2023 | Saat: 17:42
Bölmə:Karusel / Dünya | çapa göndər

Ermənistan daha Moskvaya arxalana bilməz - Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-ın “Politico” qəzetinə müsahibəsində Rusiyanı kəskin tənqid edib.

Qarabaqinfo.az-ın məlumatına görə, erməni baş nazir deyib ki, Rusiyanın Ukraynadakı işğalçılıq siyasəti o deməkdir ki, Azərbaycanla açıq münaqişəyə qayıtmaq qorxusu artsa da, Ermənistan daha öz təhlükəsizliyinin təminatçısı kimi Moskvaya arxalana bilməz.


Paşinyan bildirib ki, Ukraynada baş verən hadisələr Rusiyanın imkanlarını dəyişdi.

"Bizim strategiyamız bu vəziyyətdə başqalarından asılılığımızı maksimum dərəcədə azaltmağa çalışmaq olmalıdır", - Ermənistanın baş naziri deyib.

“Biz müstəqil, suveren ölkəyə sahib olmaq istəyirik, lakin Qərblə Şərq, Şimal və Cənub arasında toqquşmaların mərkəzində qalmamaq üçün yollarımız olmalıdır”.

Paşinyanın sözlərinə görə, Rusiya sülhməramlıları Qarabağda üzərinə düşən öhdəliyi yerinə yetirmir.  Bununla yanaşı o ardınca əlavə də edib: “Hərçənd deyə bilmərəm ki, Rusiya sülhməramlıları Dağlıq Qarabağda olmasaydı, indi vəziyyət daha yaxşı olardı”.

Baş nazir Azərbaycanla onilliklər davam edən münaqişədən sonra sülh sazişinin əldə edilməsi məqsədilə ABŞ, Avropa İttifaqı və Rusiyanın vasitəçiliyi ilə aparılan danışıqları dəstəklədiyini bir daha bəyan edib:

“Əgər biz davamlı, əbədi dövlətçiliyə sahib olmaq istəyiriksə, ilk növbədə qonşularımızla münasibətlərimizi nizama salmaq üçün çox ciddi addımlar atmalı və çox ciddi səylər göstərməliyik”.



Xəbəri paylaş

1147 dəfə oxunub.

Digər xəbərlər