Saytımızı qiymətləndirin


 
 

Zaxarova Ermənistanda çevriliş hazırlığını cəfəngiyyat sayır
Tarix: 13-09-2023 | Saat: 11:48
Bölmə:Karusel / Dünya | çapa göndər

 

Zaxarova Ermənistanda çevriliş hazırlığını cəfəngiyyat sayır

Rusiya XİN-in sözçüsü Mariya Zaxarova Ermənistanda dövlət çevrilişi üçün 3 min “Vaqner”çinin mövcudluğu haqqında yayılan məlumatları mifologiya adlandırıb.

 

Qarabaqinfo.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, o, brifinqdə "bu cür şayiələri saxtakarlıq kimi qiymətləndirdiyini" bildirib və məlumatı cəfəngiyyat adlandıran Qriqori Karasinin sözlərindən sitat gətirib.

 

Sözçü fotoşəkillərin və ya videoların olub olmadığını soruşaraq əlavə edib ki, Ermənistan o qədər də böyük əhalisi olan ölkə deyil və çoxlu sayda yeni insanların olması “diqqət çəkər”.

 

"İrəvanın addımlarını qeyri-dost hesab edirik. Ermənistan səfiri artıq İrəvanın bir sıra qeyri-dost hərəkətləri, o cümlədən Roma Statutu məsələsi ilə bağlı təqdimatla nazirliyə çağırılıb. Moskva bu barədə öz qiymətini həm ikitərəfli kanallar vasitəsilə, həm də ictimai şəkildə verib, çünki getdikcə daha çox suallar yaranır. Bu, Ermənistan tərəfinin başa düşdüyü kimi, suallar doğuracaq tək addım deyil, bir sıra addımlardır", - o qeyd edib.

 


Xəbəri paylaş

1111 dəfə oxunub.

Digər xəbərlər