Saytımızı qiymətləndirin


 
 

Avropadan Xankəndiyə yük aparılmasına REAKSİYA
Tarix: 13-09-2023 | Saat: 11:41
Bölmə:Karusel / Gündəm | çapa göndər

Avropadan Xankəndiyə yük aparılmasına REAKSİYA

Avropa İttifaqı Rusiyanın Ağdam-Xankəndi marşrutu ilə humanitar yük daşımasını qeydə alıb.

 

Qarabaqinfo.az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının saytında şuranın Prezidenti Şarl Mişelin sözçüsü Yekaterina Kasinj bildirib.

 

“Biz bu inkişafla bağlı bütün həssaslıqları anlayırıq, hadisənin yerli əhaliyə müntəzəm humanitar yardım çatdırılmalarının bərpası üçün təkan yaradacağını gözləyirik”, - o əlavə edib.

 

Aİ-nin bəyanatında həmçinin bildirilir ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel son hadisələrin fonunda Azərbaycan və Ermənistan rəhbərliyi ilə danışıqlar aparıb, həmçinin sentyabrın 10-da Nyu-Delhidə G20 ölkələrinin sammitində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla müzakirə edib.

 

Qeyd edək ki, Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən göndərilən yükün Xankəndiyə keçidi sentyabrın 12-də baş tutub.



Xəbəri paylaş

1107 dəfə oxunub.

Digər xəbərlər
28-01-2022, 11:16 Ordubada 41 sm qar yağıb