Saytımızı qiymətləndirin


 
 

Ərdoğan Rusiyaya nə vaxt gedəcək... - Fərqli tarixlər
Tarix: 28-08-2023 | Saat: 17:43
Bölmə:Karusel / Dünya | çapa göndər

Ərdoğan Rusiyaya nə vaxt gedəcək... - Fərqli tarixlər

 

Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfər edəcəyi barədə xəbərlərin təkzib edilməsindən sonra Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfəri barədə xəbərlər yayılıb.

 

Qarabaqinfo.az xəbər verir ki, Qərb və Rusiya mənbələri Ərdoğanın səfər tarixi barədə müxtəlif məlumatlar yayıb.

 

"Bloomberg" agentliyi Türkiyə rəsmilərinə istinadən bildirib ki, Ərdoğan taxıl müqaviləsini müzakirə etmək üçün sentyabrın 8-də Rusiyada Putinlə görüşməyi planlaşdırır. Mənbə qeyd edib ki, Türkiyə lideri Rusiyaya Dehlidə “G-20” qrupunun 9-10 sentyabrdakı sammitindən əvvəl səfər etməyi düşünür.

 

Bundan əvvəl TASS informasiya agentliyi səfərin sentyabrın 4-də baş tutacağını yazıb. Agentliyin məlumatına görə, görüş Soçi şəhərində baş tutacaq.

 

Türkiyə mətbuatının yazıdığına görə, Putin və Ərdoğanın görüşündə Zəngəzur dəhlizi də müzakirə ediləcək. Eyni zamanda Türkiyə-Azərbaycan-Ermənistan münasibətləri müzakirə ediləcək mövzulardan biri olacaq. Eyni zamanda Qarabağ məsələsi ətrafında da müzakirə olacaq.



Xəbəri paylaş

191 dəfə oxunub.

Digər xəbərlər