Tarix: 23-08-2023 | Saat: 17:02
Bölmə:Karusel / Gündəm | çapa göndər
Xalq artisti və iş adamı Emin Ağalarov “YouTube”da yayımlanan “Разборщик” (Sökücü) layihəsinə müsahibə verib.
Qarabaqinfo.az xəbər verir ki, sənətçi təsisçisi olduğu “Sea Brezee” kompleksində il ərzində suya xərclədiyi pulun məbləğini açıqlayıb.
O bildirib ki, su daşıyıcıları ilə bağlı problemlər həll edilir və suya həddidən artıq çox pul xərclənilir.
"Biz su alırıq. Alınan suya yay aylarında ayda təxminən 200-300 min dollar (340 – 510 min manat) xərclənir. Bir ildə isə bu təxminən 1 milyon dollar ( 1,7 milyon manat) edir. Amma bu müvəqqətidir. Çünki bu ərazidə təkcə “Sea Brezee”də deyil, ümumiyyətlə, su və kanalizasiya da bu sahilə qədər uzanır. Müvafiq olaraq, gələn yaya qədər su və kanalizasiya mərkəzləşəcək”, - deyə Emin Ağalarov qeyd edib.
Digər xəbərlər