Saytımızı qiymətləndirin


 
 

Abituriyentlər üçün XOŞ XƏBƏR: 200-dən çox bal toplayan hər kəs.
Tarix: 18-08-2023 | Saat: 15:24
Bölmə:Karusel / Təhsil | çapa göndər

 

Abituriyentlər üçün XOŞ XƏBƏR: 200-dən çox bal toplayan hər kəs...

 

"I qrup üzrə 200 baldan yuxarı nəticə göstərən hər bir abituriyent ali məktəblərə qəbul ola biləcək". 

 

Qarabaqinfo.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Mərkəzin "YouTube" kanalında canlı yayım zamanı deyib. 

 

Mərkəz sədrinin sözlərinə görə, 270 baldan yuxarı nəticə göstərənlər dövlət sifarişli yerlərə qəbul ola bilərlər.

 

"I qrupda keçən illə müqayisədə 23 faiz artım müşahidə olunur. Bu o deməkdir ki, keçən illə müqayisədə 2000 mindən çox insan I qrup ixtisasları üzrə ali təhsil ala biləcək. Bu qrupda 537 ixtisas kodu təqdim olunub, lakin cəmi 64 ixtisasdır. Eyni ixtisaslar müxtəlif universitetlərdə var. Siyahı ilə tanış olanda görmək olar ki, əmək bazarında hansı ixtisaslara daha çox tələbat var", - Məleykə Abbaszadə bildirib.

 

Qeyd olunub ki, I qrupda plan yerlərinin ümumi sayı 18 min 386-dır. Bunlardan 13348-i dövlət sifarişlidir. Bundan əlavə bu ixtisas qrupunda RK altqrupu üzrə plan yerlərinin sayı 12246-dır. Bundan 8398-i dövlət sifarişlidir. Rİ altqrupunda plan yerinin sayı 6140, ondan 4950-si dövlət sifarişli yerdir.



Xəbəri paylaş

1130 dəfə oxunub.

Digər xəbərlər