Saytımızı qiymətləndirin


 
 

Qazaxıstan Rusiya ilə sərhədini gücləndirir
Tarix: 16-08-2023 | Saat: 16:01
Bölmə:Karusel / Dünya | çapa göndər

Qazaxıstan Rusiya ilə sərhədini gücləndirir

Qazaxıstan “təhlükəsiz ölkə” layihəsi çərçivəsində Rusiya ilə sərhəddə 20 sərhəd zastavası tikəcək.

 

Qarabaqinfo.az xəbər verir ki, bu barədə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinin Sərhəd Mühafizəsi İdarəsinin rəisinin birinci müavini Serik Axmetkaliyev məlumat verib.

 

Onun sözlərinə görə, ümumilikdə layihə 50 sərhəd zastava kompleksinin tikintisini nəzərdə tutur. Ölkənin cənub sərhədlərində də üç modul tipli zastava tikilir. Axmetkaliyev qeyd edib ki, son beş ildə ölkənin cənub-qərbində 15 modul tipli sərhəd zastavası istifadəyə verilib.

 

Qeyd edək ki, Qazaxıstanın sərhədi boyu 101 nəzarət-buraxılış məntəqəsi var. Bunlardan 7-si Çin, 8-i Qırğızıstan, 11-i Özbəkistan, 2-si Türkmənistan, 51-i Rusiya ilə sərhəddə fəaliyyət göstərir.

 

Vladimir Putinin 21 sentyabrda elan etdiyi qismən səfərbərlik fonunda 2022-ci ildə rusların ən çox getdiyi ölkələrdən biri də Qazaxıstan olub. Sentyabrın 26-da Qazaxıstan Daxili İşlər Nazirliyi 40 min rusiyalının ölkədən tranzit keçdiyini bildirib.



Xəbəri paylaş

1104 dəfə oxunub.

Digər xəbərlər