Tarix: 11-08-2023 | Saat: 21:23
Bölmə:Karusel / Region | çapa göndər
“Ermənistanda tikinti sənayesinin əsas problemlərindən biri tikinti mədəniyyətinin olmamasıdır”.
Qarabaginfo.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan İnşaatçılar Gününə həsr olunmuş təntənəli tədbirdə deyib.
Onun sözlərinə görə, peşə bayramı problemlər haqqında danışmaq və onların həlli yollarını göstərmək üçün əlavə səbəbdir: “Söhbət ölkənin strateji inkişafından, yeni tikinti mədəniyyətindən, yeni keyfiyyətdən, yeni standartlardan, yeni yanaşmalardan və templərdən gedir. Bizdə binanın söküntüsü illərlə davam edir. Müdafiə Nazirliyinin keçmiş binasını 4 ildir sökürük. Bu həm özəl sektor, həm də dövlət sektoru üçün problemdir”.
“Mən hələ yeni binanın tikintisi müddətindən danışmıram” deyən Ermənistanın baş naziri özləri üçün acı həqiqəti də dilə gətirib: “Bir çox başqa ölkələrdə bir neçə günə tikilən binanı Ermənistanda illərdir tikirlər, tikirlər, amma tikib qurtara bilmirlər”.
Digər xəbərlər