Saytımızı qiymətləndirin


 
 

Abşeron rayonunun bəzi ərazilərində qaz təchizatı dayandırılacaq
Tarix: 07-08-2023 | Saat: 22:29
Bölmə:Karusel / Sosial | çapa göndər

 

Abşeron rayonunun bəzi ərazilərində qaz təchizatı dayandırılacaq

“Qaz İxrac” İdarəsinin sifarişi əsasında “Masazır” QPS-də görüləcək təmir işləri ilə bağlı 08.08.2023-cü il tarixdə saat 09:00-dan işlər başa çatanadək “Masazır” QPS-dən qidalanan "Masazır Qəsəbəsi" və "Duz Zavodu" ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.

Qarabaginfo.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Təmir işləri aparılan müddətdə Abşeron rayonu üzrə Xırdalan şəhəri ərazisində “Kristal-Abşeron” yaşayış kompleksinin, Masazır qəsəbəsinin, Masazır qəsəbəsi ərazisində yerləşən "Accord Gənclər şəhərciyi"nin, Valideyn himayəsindən məhrum olunmuş kimsəsiz məzunlar yaşayış binasının, Saray qəsəbəsi ərazisində “Saray-H” MTK-nın, “Villa Badam” yaşayış kompleksinin, həmçinin Masazır Duz zavodu, “Bəhrə-2010” MMC, “Üzümçülük", “Qarant İnşaat”, “Zəhmət Ruzi" MMC, Mühəndislər Universiteti, Asfalt zavod, “S.N İnşaat”, “Mətanət A”, Palitra, “Səhyalı”, “Halal Nemət Min Bərəkət”, “İpəkyolu”, “Həsənoğlu”, “Azbentonit” sənaye müəssisələrinin də qaz təchizatında müvəqqəti fasilə yaranacaq.



Xəbəri paylaş

1148 dəfə oxunub.

Digər xəbərlər