Saytımızı qiymətləndirin


 
 

Laçında evlər günəş enerjisi ilə təmin edilir
Tarix: 07-08-2023 | Saat: 21:34
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Laçında həyata keçirilən layihələr, aparılan tikinti-quruculuq işləri bu şəhərin Azərbaycan iqtisadiyyatında mühüm yer tutacağından xəbər verir.

Laçın təkcə gözəlliyi ilə deyil, həm də sakinlərin rahatlığı üçün yaradılan şəraitlə də diqqət çəkir. Belə ki, Laçın şəhəri amfiteatr formasında yerləşdiyi üçün şəhərin böyük bir qismi günəş şüaları ilə əhatə olunur. Bunu nəzərə alaraq Laçın şəhərində evlərin dam örtüklərində günəş panelləri quraşdırılıb.

“Bakı Abadlıq Xidməti” MMC-nin memarı Elnur Abdullayev bildirib ki, bu, artıq alternativ enerji mənbəyi deməkdir: “Laçın şəhərində quraşdırılan günəş panelləri yalnız elektrik cərəyanı istehsalıdır. Bu da hər bir ev üçün mərkəzləşdirilmiş qaydada ayrıca qurulmuşdur. Bu panellər şəhərin daha çox günəş tutan evlərində quraşdırılıb. Düşünürük ki, gələcəkdə evlərin alternativ enerji kimi günəş enerjisi ilə təmin edilməsi üçün çox gözəl bir variantdır”(azərtac).



Xəbəri paylaş

1169 dəfə oxunub.

Digər xəbərlər
6-04-2022, 00:08 Bakıda mebel sexi YANIR