Saytımızı qiymətləndirin


 
 

Azərbaycanda bu şəxslərə pulsuz yemək veriləcək - RƏSMİ
Tarix: 01-08-2023 | Saat: 12:11
Bölmə:Karusel | çapa göndər

Azərbaycanda bu şəxslərə pulsuz yemək veriləcək - RƏSMİ

 


Əlilliyi olan şəxsləri reabilitasiya müəssisələrində müşayiət edənlərin qidalanması dövlət büdcəsi hesabına qarşılanacaq.

Bu, Nazirlər Kabinetinin "Təhsil müəssisələrində, xəstəxanalarda və sosial sahənin digər ictimai müəssisələrində vətəndaşların qida normalarının tətbiq edilməsi haqqında" qərara etdiyi dəyişiklikdə əksini tapıb.

Qərara əsasən, Fərdi Reabilitasiya Proqramının hazırlanması, təsdiq edilməsi və həyata keçirilməsi Qaydası"nın təsdiq edilməsi barədə" Nazirlər Kabinetinin 2020-ci il 30 dekabr tarixli 519 nömrəli Qərarına uyğun olaraq Fərdi Reabilitasiya Proqramı ilə müəyyən edilən və kənar şəxslərin daimi kömək və qayğısına ehtiyacı olan əlilliyi olan şəxsləri reabilitasiya müəssisələrində müşayiət edən şəxslər (1 nəfərdən çox olmamaqla) üçün qida normalarının "Ümumi tipli əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri (böyüklər)" üçün müəyyən edilmiş normalara uyğun tətbiq edilməsi dövlət büdcəsi hesabına təmin ediləcək.

 



Xəbəri paylaş

125 dəfə oxunub.

Digər xəbərlər