Tarix: 17-07-2023 | Saat: 15:03
Bölmə:Karusel / Siyasət | çapa göndər
"Qara dəniz Taxıl Təşəbbüsü" tarixə uğurlu nümunə kimi düşüb. Biz bu təşəbbüsün davam etməsi üçün əlimizdən gələni etməyə hazırıq".
Qarabaginfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyə Ərəbistanı və digər Körfəz ölkələrinə rəsmi səfərindən öncə jurnalistlərə açıqlamasında deyib.
Türkiyə Prezidenti deyib ki bu təşəbbüs sayəsində dünya bazarına 33 milyon tondan çox taxıl çıxarılıb ki bunun nəticəsində yoxsul ölkələrdə ərzaq böhranın qarşısı alınıb.
“Ancaq mən inanıram ki Rusiya Prezidenti Vladimir Putin bu humanitar körpünün davam etməsini istəyir. Bizim xarici işlər nazirimiz rusiyalı həmkarı ilə bu məsələ ətrafında danışacaq. Mən də körfəz ölkələrinə səfrimdən geri döndümkdən sonra bu məsələ ətrafında Rusiya Prezidenti Putinlə müzakirələr aparacağam. Biz cənab Putinlə avqust ayında görüşəcəyik və bu xüsusda ətraflı müzakirələr aparacağıq”.
Digər xəbərlər