Saytımızı qiymətləndirin


 
 

TBMM Sədri Numan Kurtulmuş Azərbaycana gəldi
Tarix: 12-07-2023 | Saat: 08:27
Bölmə:Karusel / Siyasət | çapa göndər

TBMM Sədri Numan Kurtulmuş Azərbaycana gəldi

Türkiyə Böyük Millət Məclisinin Sədri Numan Kurtulmuş parlament nümayəndə heyəti ilə Azərbaycana səfər edib.

N. Kurtulmuş və onu müşayiət edən nümayəndə heyətini Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Milli Məclisi Sədrinin birinci müavini Əli Hüseynli, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Əhliman Əmiraslanov, Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov, Türkiyənin Bakıdakı səfiri Cahit Bağçı və digər rəsmilər qarşılayıblar.

N.Kurtulmuş sabah Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, Baş nazir Əli Əsədov habelə digər rəsmilərlə görüşəcək.

TBMM sədri Bakıda TÜRKPA Baş Katibliyini, Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edəcək.

Qeyd edək ki, N.Kurtulmuş Azərbaycandan əvvəl Şimali Kipr Türk Cümhuriyyətinə səfər edib./Report



Xəbəri paylaş

174 dəfə oxunub.

Digər xəbərlər