Saytımızı qiymətləndirin


 
 

Adrian Mutu “Neftçi“ ilə razılığa gəldi - Yeni iddia 
Tarix: 07-07-2023 | Saat: 16:19
Bölmə:Karusel | çapa göndər

Adrian Mutu “Neftçi“ ilə razılığa gəldi - Yeni iddia 

 


Adrian Mutu "Neftçi"nin təklifini qəbul edib. 

Qarabaginfo.az xəbər verir ki, bu haqda az əvvəl Rumıniya mediası məlumat yayıb. "Digisport.ro"  saytının yazdığına görə, 44 yaşlı mütəxəssis artıq viza almaq üçün Rusiyanın Buxarestdəki səfirliyinə müraciət edib.

Qeyd edək ki, hazırda "Neftçi" Sankt-Peterburq şəhərində təlim-məşq toplanışındadır. 

İddia edilib ki, "Neftçi" Mutunun özünə illik 650 min avro ödəyəcək. Onun hazırkı klubu "Rapid 1923"ə isə 200 min avro təzminat ödəniləcəyi bildirilib. Mütəxəssisin gələn həftənin birinci günü "Neftçi"nin düşərgəsinə qoşulacağı yazılıb. 

Sport.ro saytının yazdığına görə, artıq Mutu "Rapid"i tərk edir. Onunla birlikdə köməkçilərinin də "Neftçi"yə gələcəyi bildirilib. 

Qeyd edək ki, baş məşqçi məsələsi ilə bağlı aparılan müzakirələrlə əlaqədar "Neftçi" və danışıqlarda yekun sözü deyəcək sponsor şirkət SOCAR heç bir açıqlama vermir. 

Əlavə edək ki, Adrian Mutu müxtəlif vaxtlarda Rumıniyanın U-21, eləcə də ölkəsinin "Voluntari", "Universitatya Krayova" klublarında, eləcə də Birləşmiş Ərəb Əmirliklərinin "Wahda Reserve" komandasında baş məşqçi işləyib. 

Onun hazırkı klubu "Rapid 1923" ilə 2025-ci ilin 30 iyununa qədər müqaviləsi var. 



Xəbəri paylaş

116 dəfə oxunub.

Digər xəbərlər