Saytımızı qiymətləndirin


 
 

Sərhəddə təxribat: “Rusların “Fatihə“si oxunacaq”
Tarix: 07-07-2023 | Saat: 15:16
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Sərhəddə təxribat: “Rusların “Fatihə“si oxunacaq”

Laçın nəzarət-buraxılış məntəqəsi (NBM) istiqamətində baş verən son erməni təxribatından sonra Rusiya sülhməramlıları yenidən tənqid hədəfi olub. NBM-da çəkilən görüntülərdə Azərbaycan bayrağı bölgəyə dislokasiya olunmuş rus hərbi kontingentinin mənsubları aşırdılır.

Erməni tərəfi həmin ərazinin özünə məxsus olduğunu iddia etsə də, müasir texnologiya vasitəsilə körpünün Azərbaycan ərazisində olduğu öz təsdiqini tapıb.

Yenisabah.az-la söhbətində politoloq Qabil Hüseynli bildirib ki, Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılması ilə yanaşı, bayrağımıza qarşı hörmətsizliyə görə Rusiyaya etiraz notası göndərilməlidir:

“Onsuz da rusların əlindən cana yığılmışıq və bölgədə gedən neqativ proseslərin hamısı rusların rejissorluğu ilə həyata keçirilir. İyunun 15-də Laçın sərhəd-keçid məntəqəsində baş verən hadisənin də baş dirijoru Rusiya sülhməramlıları idi. Güman edirəm ki, Azərbaycan bu materialların hamısını ümumiləşdirərək Rusiyaya nota şəklində etirazını bildirəcək”.

Q. Hüseynli düşünür ki, bayrağımızın aşırdılması sadəcə hadisələrin üzdə olan tərəfidir:

“Üzdə olmayan tərəfində isə ruslar o qədər iş görüblər ki, bu, "sülhməramlı" adı ilə bir araya sığışa bilməz. Deməli, sülhməramlılar məhz 5 ilin sonuna qədər burada qalmamalıdır. Onların istənilən vaxt ərazidən çıxarılması gündəmdədir və Azərbaycan vaxtından əvvəl onları ərazidən çıxara bilər. Müəyyən şərait yetişəndən sonra rusların da “Fatihə"si oxunacaq”.



Xəbəri paylaş

1183 dəfə oxunub.

Digər xəbərlər