Saytımızı qiymətləndirin


 
 

Özünü “Putinin məhbusu” adlandırır... - Saakaşvili kimdir?
Tarix: 07-07-2023 | Saat: 10:28
Bölmə:Karusel / Siyasət | çapa göndər

ozunu-putinin-mehbusu-adlandirir

Son zamanlar dünyanın əsas diqqət mərkəzində olan mövzulardan biri də Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvilinin səhhəti və onun həmin vəziyyətdə ölkə hakimiyyəti ilə apardığı mübarizəyə yönəlib.

Bəs, Saakaşvili kimdir?

Qarabaginfo.az onun kimliyi barədə bəzi maraqlı məqamları oxucularla bölüşür.

Mixail Saakaşvili 1967-ci il dekabrın 21-də Tiflisdə doğulub.

Saakaşvili Kiyev Dövlət Universitetinin beynəlxalq hüquq ixtisasını bitirib.

Siyasi fəaliyyətinə 1995-ci ildə başlayan Saakaşvili Gürcüstan parlamentinin deputatı seçilib.

O, 2000-ci ildə isə ədliyyə naziri vəzifəsinə təyin edilib.

Onun partiyası 2002-ci ilin iyununda keçirilən yerli seçkilərdə qalib gəlib. Daha sonra Saakaşvili Tbilisi şəhər şurasının sədri təyin edilib.

2003-cü il noyabrın 2-də keçirilən parlament seçkilərinin saxtalaşdırıldığını iddia edən Saakaşvili Prezident Eduard Şevardnadzeyə qarşı müxalifətə başlayıb.

Eyni zamanda, Gürcüstanda tarixin ən mühüm dövlət xadimlərindən olan Şevardnadzeyə qarşı bir çox ölkədə eyni anda meydana çıxan “məxməri inqilab”, “narıncı inqilab” kimi hərəkatlarda da adı hallanıb. Nəticədə dinc xalq hərəkatının təzyiqlərinə tab gətirə bilməyən Şevardnadze istefa verdi. 2004-cü il yanvarın 4-də keçirilən seçkilərdə Saakaşvili prezident kürsüsünə oturub.

O, 2004-2013-cü illərdə Gürcüstana rəhbərlik edib.

Qərbyönümlü siyasət yürüdən Saakaşvili 2008-ci ildə Rusiya ilə müharibəyə girdikdən sonra onun iqtisadi və siyasi təsiri getdikcə azalıb.

Nəticədə Giorgi Marqvelaşvili 2013-cü ilin oktyabrında keçirilən prezident seçkilərində 62 faiz səslə prezident seçilib.

2013-cü ildən Gürcüstan xaricində mühacirətdə olduqdan sonra ölkəsinə qayıdan M. Saakaşvili 2021-ci il oktyabrın 1-i Tbilisidə saxlanılıb.

Gürcü siyasətçi iki cinayət işi üzrə mühakimə olunub və ümumilikdə 6 il müddətinə azadlıqdan məhrum olunub.

Eks-prezident ona qarşı irəli sürülən ittihamların siyasi xarakter daşıdığını bildirir və özünü "Putinin məhbusu" adlandırır. 

O, saxlanıldığı gündən aclıq aksiyasına başlayıb. Saakaşvili 50 günlük aksiyadan sonra Qori hərbi hospitalında reabilitasiya kursu keçmiş, 2021-ci il dekabrın 30-na keçən gecə isə 12 saylı Rustavi həbsxanasına köçürülüb.

Saakaşvili 2022-ci ilin mayında uzun müddət davam edən aclıq aksiyasından sonra müalicə alması üçün Tbilisidə klinikaya köçürülüb.

Saakaşvilinin vəkilinin və yaxınlarının sözlərinə görə, tibb müəssisəsində olmasına baxmayaraq, onun xəstəliklərinin sayı artır. Gündən-günə zəifləyir, çəki itirir, çətinliklə yeriyir və sol əlindən istifadə edə bilmir. Bundan başqa, hərarəti də düşmür.

Anası Giuli Alasaniya onda həm də gizli vərəm aşkar olunduğunu, amma digər xəstəlikləri kəskinləşdirə biləcəyi üçün həkimlərin müalicəyə başlamadıqlarını bildirib.

Ukrayna vətəndaşı olan M.Saakaşvili həmin ölkənin vətəndaşlığından 2017-ci il iyulun 26-da çıxarılıb.

Bununla bağlı fərmanı o vaxt Ukraynanın Prezidenti olan Petro Poroşenko imzalayıb.

Ukraynanın yeni prezidenti Volodimir Zelenski dövründə, 2019-cu ilin may ayında Mixail Saakaşviliyə Ukrayna pasportu geri qaytarılıb.(Qafqazinfo)

 

 



Xəbəri paylaş

177 dəfə oxunub.

Digər xəbərlər