Tarix: 06-07-2023 | Saat: 15:53
Bölmə:Karusel / Siyasət | çapa göndər
“Bizi çox az şey təəccübləndir. Lakin Fransa prezidenti Makron hərdən buna nail olur”.
Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Fransa Prezidenti Emmonuel Makronun anti-Azərbaycan bəyanatlarına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Makronun iyunun 28-də Marsel şəhərində çıxışında Azərbaycan Prezidenti İlham Əliyevə Ermənistan Baş naziri Nikol Paşinyana göstərdiyindən daha çox təzyiq göstərməsini bəyan etməsi Rusiyanı təəccübləndirib: “Prezident Makronun təvazökarlığı onun ancaq kişiliyinə uduzur. Biz əlbəttə ki, onun Qarabağ nizamlanması ilə bağlı şəxsi rolu və xidmətləri barədə pafosla danışmasına təəccüblənməyə bilmirik. Təəssüf ki, o, bu qədər məhsuldar işlərin praktiki nəticələri barədə heç bir şey deməyib. Proses var, nəticə yoxdur. Mümkündür ki, o, ona görə bu haqda danışmayıb ki, heç kəs heç vaxt nəticələri görməyib. Bizdə uzun müddətdir ki, Fransanın Qarabağ nizamlanmasına müsbət töhfə verə biləcəyi ilə bağlı heç bir illüziya yoxdur”.
Zaxarovanın fikrincə, ATƏT-in Minsk Qrupunun dağılmasında Paris də rol oynayıb: “Ötən il Fransanın Milli Assambleyası tərəfindən Azərbaycan əleyhinə bəyanatın qəbul olunması, Fransa Azərbaycanın fikrini nəzərə almadan avropalı müşahidəçilərin şübhəli mandatlı mülki missiyasını Ermənistana göndərməsi Fransanın regional münaqişədə tutduğu mövqeyə bariz nümunədir.
Bu nümayişkaranə addımlar tərəflərə kömək etməyə istiqamətlənməyib, Rusiyanı regiondan sıxışdırıb çıxarmağa və öz məqsədlərinə nail olmağa istiqamətlənib.
Bütün bunlar danışıqlar prosesinə nəinki müsbət təsir göstərməyib, əksinə Fransanın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında vasitəçi kimi də rolunu diskreditə edib”.
Digər xəbərlər