Saytımızı qiymətləndirin


 
 

“Vaqner”in qiyamı zamanı gürcü müxalifətinin Soçiyə hücum planı olub
Tarix: 03-07-2023 | Saat: 14:25
Bölmə:Karusel / Region | çapa göndər

Gürcüstan müxalifəti Priqojinin yarımçıq qiyamı zamanı ölkədə ikinci cəbhənin açılmasına çalışıb.

Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze Facebook hesabında belə qeyd edib.

Emosiyaların azalması fonunda vəziyyəti qiymətləndirdiyini bildirən Kobaxidze qeyd edib ki, sözügedən hadisələr zamanı müxalifət öz himayədarlarının diktəsi ilə qeyri-adekvat davranıb və hər vəchlə Gürcüstanda ikinci cəbhənin açılmasına nail olmağa çalışıb. O əlavə edib ki, müxalifət Rusiyada silahlı üsyana cəhd zamanı təkcə tanklarla Abxaziya və Sxinvaliyə girməyi deyil, həm də Soçini almağı planlaşdırıb.

“Əgər əllərində müvafiq təsir rıçaqları olsaydı, ilk fürsətdən istifadə edərək Abxaziya və Sxinvaliyə tanklarla girərdilər. Bir daha sübut olundu ki, Vahid Milli Hərəkat müharibə və xəyanət partiyasıdır və onun məqsədi hər hansı bəhanə ilə Gürcüstanda ikinci cəbhə açmaqdır”, – partiya sədri qeyd edib.

Kobaxidze əlavə edib ki, hakim partiyanın prinsipial mövqeyi ondan ibarətdir ki, Gürcüstanın ərazi bütövlüyü yalnız sülh yolu ilə bərpa olunmalıdır: “Bizə təkcə Abxaziya və Samaçablonun (Sxinvali) vahid Gürcüstana qaytarılması lazım deyil, biz həm də abxaz və osetin qardaşlarımızla etimadı bərpa etməliyik. Ərazi bütövlüyünün bərpası bizim üçün yalnız bu halda real dəyər kəsb edə bilər”.

Kobaxidze gürcülərlə abxazların və gürcülərlə osetinlərin bir daha bir-birinin qanını tökməsinə icazə verilməyəcəyini qeyd edib.



Xəbəri paylaş

1142 dəfə oxunub.

Digər xəbərlər