Saytımızı qiymətləndirin


 
 

Ukraynada iki Qərb hərbçisi yaralanıb
Tarix: 29-06-2023 | Saat: 14:16
Bölmə:Karusel / Dünya | çapa göndər

 

Ukraynada iki Qərb hərbçisi yaralanıb

Rusiya Silahlı Qüvvələrinin Kramatorsk şəhərinə endirdiyi zərbə zamanı ABŞ və Böyük Britaniyadan olan iki hərbçi yaralanıb.

 

Qarabaqinfo.az xəbər verir ki, bu barədə Amerikanın CNN telekanalı məlumat yayıb.

 

Telekanalın məlumatına görə, ABŞ hərbçisi Nik Dakvort və Britaniya hərbçisi Mo Hornik yüngül xəsarətlər alıblar. Məlumata görə, onlar Ukraynada hərbi təlimatçı kimi çalışıblar və Ukrayna Silahlı Qüvvələrinin tərəfində döyüş əməliyyatlarında birbaşa iştirak etməyiblər.

 

Xatırladaq ki, iyunun 27-də Rusiya ordusu Kramatorska zərbə endirib. Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti və Baş Prokurorluğun məlumatına görə, raket restorana dəyib. Zərbə nəticəsində 10 nəfər ölüb, onlardan üçü uşaqdır, 60-a yaxın yaralı var.  Rusiya Müdafiə Nazirliyi iddia edib ki, Kramatorskda Ukrayna Silahlı Qüvvələrinin 56-cı motoatıcı briqadasının komanda heyətinin müvəqqəti yerləşdirmə məntəqəsi vurulub.

 

Kramatorsk şəhərinin mərkəzindəki restorana raket hücumu nəticəsində üç Kolumbiya vətəndaşı da yaralanıb.



Xəbəri paylaş

1174 dəfə oxunub.

Digər xəbərlər