Saytımızı qiymətləndirin


 
 

"Tezliklə yeni prezidentimiz olacaq": "vaqner"çilər Putini vətəndaş savaşının suçlusu elan etdi...
Tarix: 24-06-2023 | Saat: 18:40
Bölmə:Karusel / Region | çapa göndər

 

"Bir-iki generalını istefaya göndərmək əvəzinə, Putin Rusiyanın ən döyüş qabiliyyətli bölməsini neytrallaşdırmaq əmrini verib..."

"Bu, faktiki olaraq idarəetmədə böhran və hakimiyyətin itirilməsidir..."

 

"Vaqner qrupu" özəl hərbi şirkəti Rusiya prezidentinin bəyanatına sərt münasibət bildirib. 

 

Moderator.az xəbər verir ki, bu barədə "24tv.ua" nəşri məlumat yayıb.

 

Putinin "satqınları neytrallaşdırmaq" təhdidlərinə muzdlular Rusiyada hakimiyyət dəyişikliyi ilə təhdidlə cavab verib.

"Ata" düzgün seçim etməyib. Onun üçün pis olacaq. Tezliklə bizim yeni prezidentimiz olacaq", - "AP Wagner" "Teleqram-kanal"ının məlumatında deyilir.

"Vətəndaş savaşının tətiyini "Ata" işə salıb. Bir-iki generalını istefaya göndərmək əvəzinə, o, Rusiyanın ən döyüş qabiliyyətli bölməsini neytrallaşdırmaq əmrini verib. Bir-iki xainin həyatını 25 min qəhrəmanın həyatından üstün tutub. Bu münaqişədə kimin şər olduğu artıq aydınlaşıb".

"Hərbi siçovulların kəskin şəkildə Tuva generatının tərəfinə keçməsini və "Ata"nın müraciətindən sonra düzgün seçim etdiklərini düşünmələrini müşahidə etmək maraqlıdır, - Priqojinin kanalında deyilir. - Birdən alınmasa? Strelkov artıq özünə ölüm hökmü imzalayıb".

Bundan başqa, kanal məlumat verib ki, Voronej vilayətində "birinci" və "ikinci" Rusiya orduları arasında döyüş toqquşmaları baş verib, "Vaqner qrupu" özəl hərbi şirkətinin kolonlarından biri havadan hücuma məruz qalıb. Muzdlular Rusiya nizami ordusu tərəfindən atəş açan helokopterlərinin birini vurmağa müvəffəq olub.

"Vətəndaş savaşı rəsmən başlayıb", - "AP Wagner" qeyd edib və təhdidlərə keçib:

"Artyomovsku hücumla ələ keçirən və bu müharibənin ən böyük top yeminə çevrilən döyüşlərindən qalib çıxan ordunu heç nə dayandıra biməz. Müqavimət göstərmək faydasızdır".

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin rusiyalılara beş dəqiqəlik müraciətində Priqojinin özəl ordusunun qiyamını 1917-ci il hadisələri ilə müqayisə edib və etiraf edib ki, Rostov-Donda vəziyyət mürəkkəb olaraq qalır. Rusiya liderinin sözlərinə görə, Rusiyanın Silahlı Qüvvələrinə Priqojinin qiyam tərəfdarlarının neytrallaşdırılması üzrə əmr verilib.

Bu arada isə Ukrayna Rusiyadakı qarışıqlığa münasibət bildirib, xəbərdarlıq edildiyinin baş verdiyini bəyan edilib.

Rusiyada faktiki olaraq vətəndaş savaşı başlayır, hadisələr Kreml rejiminin iflasını sübut edir. 

Bu barədə Ukrayna prezidenti Öfisi rəhbərinin müşaviri Mixail Podolyak bəyan edib.

"Hadisələr ötən ilboyu bizim dediklərimiz ssenari üzrə inkişaf edir. Ukraynanın əkshücuma başlaması Rusiya elitaları arasında sabitliyi qəti şəkildə pozub, Ukraynada məğubiyyətdən sonra daxili parçalanmanı gücləndirib", - o, deyib.

Onun sözlərinə görə, USQ-nin uğurları fonunda hakim "zümrənin" qarşıdurması yalnız pisləşib, bu da açıq münaqişəyə gətirib çıxarıb.

"Priqojinin qrupu hərbi obyektləri, qərargahları və bütöv şəhərləri, demək olar ki, öz yolunda müqavimətlə üzləşmədən ələ keçirir, təsadüfi əsgər və polis nəfərlərini tərksilah edir.

Putin Priqojini xain və qanundankənar elan edir və xüsusi xidmət orqanlarına müvafiq əmrlər verir, lakin heç nə baş vermir, bu, idarəetmədə faktiki olaraq böhran və hakimiyyətin itirilməsidir. Eyni zamanda, "Vaqner" Moskvaya yürüşünü davam etdirir", - müşavir qeyd edib.

Podolyak vurğulayıb ki, Ukrayna öz yolu ilə 1991-ci ilin sərhədlərinə doğru irəliləməkdə davam edir.



Xəbəri paylaş

175 dəfə oxunub.

Digər xəbərlər