Saytımızı qiymətləndirin


 
 

Bakıda ABŞ-ın Müstəqillik Günü qeyd olunub - FOTO
Tarix: 23-06-2023 | Saat: 20:24
Bölmə:Karusel / Siyasət | çapa göndər

Bakıda ABŞ-ın Müstəqillik Günü qeyd olunub - FOTO

Bakıda ABŞ-ın Müstəqillik Günü qeyd olunub.

Qarabaginfo.az Apa-ya istinadən xəbər verir ki, mərasimdə ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Hüqo Gevara çıxış edib.

O çıxışında ABŞ-ın Müstəqillik tarixindən danışıb, bildirib ki, ABŞ dünyada müsbət güc rolunda çıxış edir.

Amerikalı diplomat xatırladıb ki, İkinci dünya müharibəsindən sonra ABŞ Avropanın bərpasında müsbət rol oynayıb: "Bu gün ABŞ Ukraynanın ərazi bütövlüyünə, müstəqilliyinə və suverenliyinə dəstəyində sadiqdir”.

O, həmçinin “Bizim Azərbaycanla 30 ildə əməkdaşlığımız genişlənib, şaxələnib", deyə vurğulayıb.

Maliyyə naziri Samir Şərifov çıxışında deyib ki, ötən il iki ölkə arasında diplomatik münasibətlərin 30-cu ildönümü qeyd olunub: "Bu münasibətlər bərabərhüquqlu tərəfdaşlıq və qarşılıqlı maraqlar sahəsində inkişaf edib. Bu, enerji təhlükəsizliyi, terrorizmlə mübarizə sahəsində genişlənib".

Nazir vurğulayıb ki, ABŞ Cənubi Qafqazda dayanıqlı sülhü dəstəkləməyə davam edəcəyini bildirib: "Biz inanırıq ki, ABŞ Cənubi Qafqaz regionunda sülhün və sabitliyin bərqərar olması, azad olunan ərazilərin yenidən qurulması və "Böyük Qayıdış" böyük qayıdış səylərini bölüşür və dəstəkləyəcək. ABŞ və Azərbaycan arasında etibarlı tərəfdaşlıq formalaşıb. Bu tərəfdaşlıq ümumi məqsəd və maraqlarla daha da möhkəmlənir. Biz əməkdaşlığımızın uğurla davam edəcəyinə inanırıq”.

 



Xəbəri paylaş

1119 dəfə oxunub.

Digər xəbərlər