Saytımızı qiymətləndirin


 
 

Ermənilər Ordu Gününə təxribat hazırlayır? - “Naxçıvan vurulacaq...” 
Tarix: 22-06-2023 | Saat: 14:15
Bölmə:Karusel / Region | çapa göndər

Ermənilər Ordu Gününə təxribat hazırlayır? - “Naxçıvan vurulacaq...” 

“Ermənistanın Azərbaycanla hər hansı bir sənədi imzalamaq niyyəti yoxdur. Ona görə də təxribatlar baş verir və bundan sonra artan xətt üzrə davam edəcək”. 

Bu sözləri Musavat.com-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib. 

Ekspertin sözlərinə görə, Ermənistana havadarlıq edənlər konkret tapşırıq veriblər ki, tərəflər arasında Rusiyanın iradəsindən kənar hər hansı bir yaxınlaşmanın, razılaşmanın olmaması üçün maksimum çalışmalıdırlar:

“Hər gün yeni ərazilər hədəf alınır. Ermənilər bu dəfə Laçın, Xocavənd, Şuşa və Xocalıdakı mövqelərimizi atəşə tutub. Ən dəhşətlisi odur ki, rus sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidən atəş açılır. Çünki ruslar özləri o təxribatı təşkil edirlər. Moskvadan verilən tapşırıq belədir ki, maksimum gərginlik olsun, istəyirlər ki, açılan atəşlər nəticəsində ölən, yaralanan olsun, bundan sonra uzun müddətə durğunluq olsun və tərəflər arasında hər hansı bir təmas olmasın”.

Polkovnik vurğulayıb ki, Paşinyanın verdiyi bəyanatlar, ondan 1 gün öncə Rusiya baş nazirinin müavini, Azərbaycan, Rusiya və Ermənistan arasında işçi qrupun təmsilçisi Aleksey Overçukun verdiyi bəyanat ona dəlalət edir ki, yaxın vaxtlarda təxribatların sayı daha da artacaq: 

“4 gündən sonra Silahlı Qüvvələr Günü qeyd olunacaq. Ermənilər onlara çox acı tarix yaşatmış bir orduya qarşı müəyyən təxribatlar həyata keçirəcəklər. Bunu Müdafiə Nazirliyi də, Dövlət Sərhəd Xidməti də bilir. 

Təxmin edirəm ki, günün ikinci yarısında Naxçıvan yenidən vurulacaq, Sədərək ərazisinə müəyyən həmlələr olacaq. Minaatanlardan, atıcı silahlardan istifadə edirlər. 

Doğrudur, ordumuzun bölmələri lazımi tədbirləri görür, amma Azərbaycanı daha böyük təxribata cəlb etmək istəyirlər ki, radikal, sərt addımlar atılsın. Ordumuz hələ ki, səbr nümayiş etdirir. Amma hər bir səbrin həddi var, Azərbaycan yəqin ki, hansısa qərarlar verəcək”. 



Xəbəri paylaş

2103 dəfə oxunub.

Digər xəbərlər