Saytımızı qiymətləndirin


 
 

XİN: Bütün erməni silahlı birləşmələri Azərbaycan ərazisindən dərhal çıxarılmalıdır
Tarix: 13-06-2023 | Saat: 18:49
Bölmə:Karusel / Siyasət / Qarabağ | çapa göndər

Hazırda Ermənistan tərəfinin post-münaqişə dövründə ərazilərimizdən erməni silahlı qüvvələrini tam olaraq çıxarmayaraq öhdəliyini icra etməməsi Azərbaycanın təhlükəsizliyi üçün əsas təhdid mənbəyidir.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan əleyhinə 13 iyun tarixli bəyanatına dair şərhində bildirilib.

 

“Bununla yanaşı, beynəlxalq səviyyədə təsdiq olunmuş bütün danılmaz faktlara baxmayaraq, işğal dövründə olduğu kimi, indi də Azərbaycan ərazisində mövcud olan qüvvələrin Ermənistana məxsusluğunun danılması, Ermənistanın faktları necə saxtalaşdırdığının göstəricisidir. Sərhədyanı bölgədə törədilən təxribatlarla yanaşı, ərazimizdə mövcud olan bu birləşmələr Azərbaycanın yenidənqurma işlərinə və məcburi köçkünlərin öz torpaqlarına təhlükəsiz geri qayıdışına maneədir və bütün erməni silahlı birləşmələri Azərbaycan ərazisindən dərhal çıxarılmalıdır”, - qeyd olunub.

 



Xəbəri paylaş

1212 dəfə oxunub.

Digər xəbərlər