Tarix: 05-06-2023 | Saat: 17:42
Bölmə:Karusel / Region | çapa göndər
"Paşinyan təhqirlərə baxmayaraq, Ərdoğanın andiçmə mərasiminə getdi".
Qarabaginfo.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistanın keçmiş xarici işlər naziri, revanşist qüvvələrin təmsilçisi Vardan Oskanyan deyib.
"Baş nazir erməni xalqını yox, şəxsən özünü təmsil edirdi. O, diplomatiyadan uzaq olduğunu bir daha sübut etdi və anlamadı ki, zəlzələdən sonra Ankaraya yardım edib, andiçmə mərasimində iştirak etməklə Ermənistanla münasibətlərin normallaşdırılması məsələsində Türkiyəni “rahatlaşdıra” bilməz. Ankara bunu yalnız uyğun gördüyü zaman edəcək. Ermənistan-Türkiyə sərhədinin açılmasının, diplomatik münasibətlərin qurulmasının açarı isə Bakıdadır", - o qeyd edib.
"Qarabağın Bakıya təslim olduğu və Azərbaycanın digər tələblərinin tezliklə təmin ediləcəyi indiki şəraitdə Paşinyanın səfərinin baş tutub-tutmamasından asılı olmayaraq, Türkiyə sərhədi açacaq", - deyə Oskanyan bildirib.(modern.az)
Digər xəbərlər