Kremlin mətbuat katibi Dmitri Peskov Qırğızıstanda dövlət çevrilişinin hazırlanması ilə bağlı xəbərləri “həyəcanverici” adlandırıb.
Qarabaginfo.az xəbər verir ki, onun sözlərinə görə, Kreml xəbərləri diqqətlə izləyir, lakin baş verənlərin təfərrüatlarını bilmir.
“Çox narahatedici xəbərlər gəlir. Ona görə də bu xəbəri diqqətlə izləyirik. Ətraflı məlumatımız yoxdur”, – Peskov bildirib.
Qeyd edək ki, Qırğızıstanda Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi bir qrup şəxsi dövlət çevrilişinə cəhd şübhəsi ilə saxlayıb. Xüsusi xidmət orqanının əməliyyatı ilə bağlı videogörüntülər yayılsa da, hələlik rəsmi açıqlama verilməyib.