Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > “Qırğızıstanda dövlət çevrilişinə cəhdlə bağlı həyəcanlı xəbərlər gəlir”- KREML
Ana Sayfa > Karusel / Siyasət / Region > “Qırğızıstanda dövlət çevrilişinə cəhdlə bağlı həyəcanlı xəbərlər gəlir”- KREML

“Qırğızıstanda dövlət çevrilişinə cəhdlə bağlı həyəcanlı xəbərlər gəlir”- KREML


5-06-2023, 17:23. Yazar: Admin

Kremlin mətbuat katibi Dmitri Peskov Qırğızıstanda dövlət çevrilişinin hazırlanması ilə bağlı xəbərləri “həyəcanverici” adlandırıb.

Qarabaginfo.az xəbər verir ki, onun sözlərinə görə, Kreml xəbərləri diqqətlə izləyir, lakin baş verənlərin təfərrüatlarını bilmir.

“Çox narahatedici xəbərlər gəlir. Ona görə də bu xəbəri diqqətlə izləyirik. Ətraflı məlumatımız yoxdur”, – Peskov bildirib.

Qeyd edək ki, Qırğızıstanda Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi bir qrup şəxsi dövlət çevrilişinə cəhd şübhəsi ilə saxlayıb. Xüsusi xidmət orqanının əməliyyatı ilə bağlı videogörüntülər yayılsa da, hələlik rəsmi açıqlama verilməyib.


Geri dön