Saytımızı qiymətləndirin


 
 

Sabahdan hava pisləşir - Xəbərdarlıq
Tarix: 05-06-2023 | Saat: 17:20
Bölmə:Karusel / Sosial | çapa göndər

sabahdan-hava-pislesir

Hava şəraiti ilə bağlı xəbərdarlıq edilib.

Milli Hidometerologiya Xidmətindən Qarabaginfo.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyunun 6-sı səhərdən 8-i səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında iyunun 5-dən 9-dək bəzi yerlərdə hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı,  ayrı-ayrı yerlərdə  leysan xarakterli olacağı, şimşək çaxacağı,  dolu düşəcəyi, xüsusən də, Balakən-Şəki, Qazax-Gəncə, Qarabağ və Şərqi Zəngəzur, Mərkəzi Aran, Quba-Qusar, Dağlıq-Şirvan zonalarında yağıntıların intensiv və güclü olacağı gözlənilir.

Qərb küləyi 15-20 m/s, bəzi yerlərdə arabir 25-30 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi gözlənilir.



Xəbəri paylaş

190 dəfə oxunub.

Digər xəbərlər