“Ölkəni tərk edən ruslar xaricdə heç kimə lazım deyillər”.
Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.
“Onlar tənhadırlar və heç kimə lazım deyillər. Qoy yaşasınlar, qəzəbdən yığılan öd tükənsin”,- o deyib.
Medvedev onu da qeyd edib ki, Rusiyada siyasi kursu dəyişən istənilən siyasətçi lənətlənəcək.