Saytımızı qiymətləndirin


 
 

Avropanın siyasi və coğrafi xəritəsi eyniləşməlidir - Baş nazir
Tarix: 02-06-2023 | Saat: 16:42
Bölmə:Karusel / Siyasət | çapa göndər

Avropanın siyasi və coğrafi xəritəsi eyniləşməlidir - Baş nazir

 

Polşanın baş naziri Mateuş Moraveyski hesab edir ki, Ukraynadakı münaqişənin nəticəsi Avropa İttifaqının bütün Avropa ərazisinə genişlənməsi olmalıdır.

Qarabaginfo.az "Kommersant"a istinadən xəbər verir ki, bu fikri o, Varşavadakı “Polşa - böyük layihə” forumunda çıxışı zamanı bildirib.

 

“Bizi qarşıda tarixi fürsət gözləyir. Ukrayna suverenlik, azadlıq, Polşa - öz sərhədlərində təhlükəsizlik, Avropa isə Rusiya imperializminin təhlükəsi olmadan əsrlər boyu sülh əldə edəcək. Biz çalışmalıyıq ki, Aİ-nin sərhədləri Avropanın coğrafi sərhədləri ilə üst-üstə düşsün. Ukrayna və Şərqi Avropanın digər ölkələri Polşa, Fransa və İspaniyanın qardaş xalqlarıdır”, - baş nazir qeyd edib.

 

O, həmçinin əlavə edib ki, Ukraynadakı hazırkı münaqişədə Polşa üçün vacib məsələ geosiyasi trayektoriyanın dəyişdirilməsidir. Polşa baş nazirinin fikrincə, Ukraynanı Avropa strukturlarının orbitinə çəkmək lazımdır: "Ola bilsin ki, müəyyən müddətdən sonra Belarusu da. Bundan başqa, Atlantik dünyasının iki ayaq üstündə sabit durması üçün Avropa dövlətləri ABŞ-la əməkdaşlığı gücləndirməlidir".

 

“Bu, Avropanı genişləndirmək, qitəmizin siyasi coğrafiyasını dəyişmək, yeni təhlükəsizlik arxitekturasını yaratmaq, Rusiyanın daimi təhdidindən azad Avropanın yeni xəritəsini çəkmək üçün yüz ildən bir ələ düşən şansdır", - Moraveyski deyib. 

 

Onun planına görə, Polşa təhlükəsizlik siyasəti, nəqliyyat, enerji və regional əməkdaşlıq sahəsində Avropa İttifaqının əsas ölkəsi olmalıdır.



Xəbəri paylaş

179 dəfə oxunub.

Digər xəbərlər
16-02-2022, 12:49 Sabah hava necə olacaq?