Saytımızı qiymətləndirin


 
 

Ərdoğanın andiçməsinə 20 lider, 45 nazir qatılacaq - ADLAR
Tarix: 02-06-2023 | Saat: 13:17
Bölmə:Karusel / Manşet / Siyasət | çapa göndər

Ərdoğanın andiçməsinə 20 lider, 45 nazir qatılacaq - ADLAR

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi iyunun 3-də keçiriləcək. 

Qarabaginfo.az xəbər verir ki, bu barədə "Yeni Şafak" qəzeti yazıb. 

Bildirilir ki, parlamentdə baş tutacaq mərasimdə 20 dövlət başçısı və 45 nazir iştirak edəcək. Mərasimdə Türkdilli ölkələr də geniş heyətlə təmsil olunacaq. Azərbaycan Prezidenti İlham Əliyev, eləcə də digər ölkələrin liderləri mərasimdə iştirak edəcək.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev də mərasimdə iştirak edənlər arasında olacaq. Bundan əlavə, Qətərin baş naziri Əl Taninin Türkiyəyə gələcəyi gözlənilir.

Nəşr yazır ki, bəzi ölkələri xarici işlər nazirləri təmsil edəcək. Somali, Əlcəzair və Balkan ölkələrindən andiçmədə iştirak prezident səviyyəsində olacaq.

İnauqurasiya mərasimindən sonra Türkiyə liderinin ilk qonağı Birləşmiş Ərəb Əmirliklərinin əmiri Məhəmməd bin Zayed olacaq. Ərdoğanla ikitərəfli görüşdən sonra BƏƏ əmiri İstanbulda keçiriləcək Çempionlar Liqasının finalını izləyəcək. 



Xəbəri paylaş

170 dəfə oxunub.

Digər xəbərlər