Saytımızı qiymətləndirin


 
 

Göygöldə selin vurduğu ziyan aradan qaldırılır - FOTO
Tarix: 26-05-2023 | Saat: 10:38
Bölmə:Karusel / Region | çapa göndər

 

Göygöldə selin vurduğu ziyan aradan qaldırılır - FOTO

Dünən Göygöl rayonunun Topalhəsənli, Şəhriyar, Kərəmli və Zurnabad kəndləri ərazisində yağan güclü leysan yağışları nəticəsində sel sularının miqdarı artaraq Topalhəsənli kəndi ərazisində qaz, işıq və rabitə xəttlərinə ziyan yetirib.

 

Qarabaqinfo0.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a Rayon Fövqaladə Hallar Komissiyasının sədri Arzu Qocayev deyib.

 

“Aidiyyatı qurumların nümayəndələri dərhal hadisə yerinə cəlb olunub. İlkin müdaxilə nəticəsində yollarda hərəkət qısa müddətdə təmin edilib. Topalhəsənli, Şəhriyar, Kərəmli və Zurnabad kəndlərinin müəyyən hissələrinə təbii qaz və elektrik enerjisinin verlişi bərpa olunub. İlkin məlumata əsasən, beş nəqliyyat vasitəsinə ziyan dəyib. Hazırda dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir,”- deyə komissya sədri bildirib.

 

Qeyd edək ki, mayın 25-i axşam saatlarında baş verən təbii fəlakət nəticəsində polis əməkdaşlarının köməyi ilə Gəncə şəhər sakinləri V.Həziyev, T.Məmmədova və V.Həziyeva çay axınından xilas edilib, ilkin yardım göstərilib. İtkin düşmüş 1954-cü il təvəllüdlü Muxtar Hüseynov və 2001-ci il təvəllüdlü İbrahim Qurbanovun isə meyitləri tapılaraq müvafiq ekspertizaya təqdim edilib.

 



Xəbəri paylaş

184 dəfə oxunub.

Digər xəbərlər
23-03-2021, 17:04 ...İynə ilə kitab yazan