Tarix: 25-05-2023 | Saat: 17:13
Bölmə:Karusel / Hadisə | çapa göndər
Bakıda sürücü yük avtomobilini polisin üzərinə sürüb.
Bu barədə Qarabaqinfo.az-a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.
Bildirilib ki, mayın 24-ü saat 11:50 radələrində Bakı-Qazax-Gürcüstan avtomobil yolunun 47.5-ci km-də “KamAz” markalı, 16-BD-057 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü İsmayılov Rövşən Dilən oğlu apardığı yükün çəkisinin müəyyən edilməsi üçün YPX əməkdaşları tərəfindən saxlanılıb. Lakin nəqliyyat vasitəsinin tərəziyə çıxarılması barədə göstərişə aqressiv reaksiya verən sürücü polisin qanuni tələbini yerinə yetirməkdən qərəzli şəkildə imtina edib və avtomobili polis əməkdaşlarının üzərinə sürməyə cəhd edərək ərazidən uzaqlaşmağa çalışıb.
Görülən tədbirlər nəticəsində yük avtomobilinin sürücüsü saxlanılıb və polisin qanuni tələbinə əməl etmədiyinə görə barəsində müvafiq sənədləşmə aparılaraq baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə R.İsmayılov təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilib.
Digər xəbərlər