Saytımızı qiymətləndirin


 
 

"Qaçqınkom" sədri Ukrayna Baş nazirinin müavini ilə görüşüb
Tarix: 14-04-2021 | Saat: 10:50
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Azərbaycanda işgüzar səfərdə olan Ukrayna Baş nazirinin müavini - ölkənin müvəqqəti işğal edilmiş ərazilərinin renteqrasiya məsələləri üzrə naziri Aleksey Reznikov Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevlə görüşüb.

Ukraynanın Bakıdakı səfirliyindən Qarabaginfo.az-averilən məlumata görə, görüş zamanı həm Ukrayna, həm də Azərbaycan üçün məcburi köçkünlər məsələsinin aktual olduğu vurğulanıb.

Tərəflər azad edilən ərazilərin reinteqrasiyası məsələsində praktiki təcrübə mübadiləsinin bu sahədə geniş vəzifələr spektrinin həyata keçirilməsinə dair ardıcıl hərəkət planının effektiv şəkildə hazırlanmasına zəmin yaradacağını qeyd ediblər.

A.Reznikov Ukraynanın məcburi köçkünlər probleminin operativ həll olunması məqsədilə iki ölkənin ekspertlərinin aktiv əməkdaşlığına hazır olduğunu bildirib.



Xəbəri paylaş

1354 dəfə oxunub.

Digər xəbərlər