Saytımızı qiymətləndirin


 
 

“Rusiya nə yolla olur olsun, Köçəryanı baş nazir kürsüsündə oturtmaq istəyirdi”
Tarix: 21-06-2021 | Saat: 12:20
Bölmə:Karusel / Region | çapa göndər

“Rusiya nə yolla olur olsun, Köçəryanı baş nazir kürsüsündə oturtmaq istəyirdi”

Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərinin rəsmi nəticəsinə görə, Robert Köçəryanın “Ermənistan” bloku  21,04 faiz səslə ikinci pillədə qərarlaşıb. Qalib isə 53,92 faiz səslə Nikol Paşinyan olub. Lakin ötən gün hansı qurum tərəfindən keçirildiyi bilinməyən Rusiya ekzitpol nəticələrində Köçəryanın 41 faiz səslə seçkini qazandığı iddia edilmişdi.

Maraqlıdır, ekzitpol keçirənlərin Köçəryanı qalib kimi təqdim etmə səbəbi nə idi?

Qarabaginfo.az xəbə verir ki, Yenisabah.az-a danışan “Atlas” Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlu vurğulayıb ki, Rusiya nə yolla olur olsun, Köçəryanı Baş nazir kürsüsündə oturtmaq istəyirdi:

“Yalançı ekzitpollar yayırdılar ki,  erməni cəmiyyətinə təsir etsinlər və məntəqələr bitməmiş Köçəryana səs verilsin. Amma niyyətləri baş tutmadı. 

Qərb bu seçkinin nəticəsini tanıyacaq, Rusiya da inkar edə bilməyəcək. Nəticədə Köçəryanın da seçki nəticəsini tanımaqdan başqa alternativi qalmayacaq”.



Xəbəri paylaş

1298 dəfə oxunub.

Digər xəbərlər