Saytımızı qiymətləndirin


 
 

Qarabağda potensialımız var, amma bu, bir az bahadır – Nazir müavini
Tarix: 23-05-2023 | Saat: 10:50
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Qarabağda potensialımız var, amma bu, bir az bahadır – Nazir müavini

 

“Azərbaycanın elektrik enerjisi üzrə ümumi qoyuluş gücündə bərpa olunan enerjinin payı 17%-dır. Hazırda yeni qaz stansiyası tikilib deyə bu rəqəm 16,5%-ə düşüb. Amma 2030-cu ilə qədər rəqəmləri 30%-ə qədər çatdırmağı düşünürük”.  

 

Qarabaginfo.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında energetika nazirinin müavini Elnur Soltanov bildirib. 

 

Onun sözlərinə görə, Azərbaycanda əsas bərpa olunan enerji su, külək və günəş vasitəsi ilə əldə olunur:

 

“Bundan əlavə, ölkəmizin geotermal potensialı var. Xüsusilə, Qarabağda - Kəlbəcərdə, Laçında və Şuşada o potensialımız var, amma bu, bir az bahadır. Ona görə də bizə sərf edən külək, günəş, eyni zamanda kiçik miqdarda su enerjisidir. Qarabağda kiçik su sahəsi 380 meqavat hesablanır. Amma ümumilikdə respublika üzrə quruda 27 min meqavat, dənizdə isə texniki potensial 157 min biqavat hesablanır. Bu da Azərbaycanın istehlak edəcəyi enerjidən 25-30 dəfə çoxdur”, - deyə nazir müavini vurğulayıb.



Xəbəri paylaş

1123 dəfə oxunub.

Digər xəbərlər