Tarix: 15-05-2023 | Saat: 14:35
Bölmə:Karusel / Dünya | çapa göndər
Mayın 14-də Türkiyədə keçirilən parlament seçkilərində Milliyətçi Hərəkat Partiyasının (MHP) təsisçisi Alparslan Türkeşin övladları da iştirak edib.
Qarabaqinfo.az xəbər verir ki, Türkeşin oğlu Yıldırım Tuğrul Türkeş hakim Ədalət və İnkişaf Partiyasından (AKP), qızı Ayyüce Türkeş isə İYİ Partiyadan namizəd olub.
Seçkinin nəticələrinə əsasən, Yıldırım Tuğrul Türkeş Ankaradan, Ayyüce Türkeş isə Adanadan Türkiyə parlamentinə üzv seçilib.
Qeyd edək ki, Türkiyədə seçki qutularının 99.99 faizi açılıb. Parlament seçkilərinin nəticələrinə əsasən, “Cümhur İttifaqı” 49,31 faiz, “Millət İttifaqı” 35,19 faiz, “Əmək və Azadlıq İttifaqı” 10,51 faiz, “Ata İttifaqı” 2,46 faiz, “Sosialist Güc Birliyi” 0,29 faiz səs toplayıb. Türkiyə Böyük Millət Məclisinə 87 seçki dairəsində 600 millət vəkili seçilib. Seçkilərdə 24 partiya və 151 müstəqil namizəd iştirak edib.
Digər xəbərlər