Saytımızı qiymətləndirin


 
 

“Normal geyimdə getsəydik, effekt verməyəcəkdi” - Video
Tarix: 12-05-2023 | Saat: 15:26
Bölmə:Karusel / Mədəniyyət | çapa göndər

normal-geyimde-getseydik-effekt-vermeyecekdi

Ölkəmizi bu il “Avroviziya” təmsil edən, lakin finala keçə bilməyən Tural və Turan Bağmanovlar çox danışılan firuzəyi xalıdakı obrazları barədə açıqlama veriblər.

Qarabaginfo.az xəbər verir ki, onlar “OLAY”a müsahibələrində fərqlənmək istədiklərini, geyimlərini çox sevdiklərini deyiblər.

Gənc müğənnilər tənqidlərə də cavab veriblər: “Öz adımızdan danışsaq, biz o geyimi o qədər sevdik ki... Bunu necə izah edim, bilmirəm. Xalıdakı geyimimiz səhnə geyimimizdən də gəşəng idi. Saç, makiyaj – ümumilikdə hər şey çox yaxşı idi. Bu, incəsənətdir. Məsələn, bəzi musiqiləri kimsə bəyənə, kimsə sevməyə bilər. Geyim də elədir. Bu, sadəcə bir obrazdır

Biz ora normal geyimdə getsəydik, heç bir effekti olmayacaqdı. Heç Azərbaycanda kişi modasının gözəl olmasından xəbərləri olmayacaqdı. Amma indi deyirlər ki, görün Azərbaycanda nələr baş verir? Yarışa gəldikdə isə niyə mən hansısa ölkədən arxada qalmalıyam?”(Qafqazinfo) 



Xəbəri paylaş

199 dəfə oxunub.

Digər xəbərlər