Saytımızı qiymətləndirin


 
 

QHT təmsilçiləri Azərbaycan səfiri ilə görüşdü
Tarix: 11-05-2023 | Saat: 12:25
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

QHT təmsilçiləri Azərbaycan səfiri ilə görüşdü

 

Ankarada səfərdə olan Azərbaycandan olan bir qrup vətəndaş cəmiyyəti nümayəndələri ölkəmizin qardaş Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədovla görüşüb.

 

Qarabaqinfo.az xəbər verir ki, Azərbaycanın Türkiyədəki Səfirliyində keçirilən görüşdə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Prezident Administrasiyasının məsul əməkdaşı Əli Pənahov, Azərbaycan Türkiyə Evinin və Azərbaycan Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov, Xüsusi Təyinatlı qazimiz Bəhruz Məmmədzadə, və digər QHT sədrləri iştirak ediblər.

 

ĞGörüş zamanı Ankarada Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar təşkil olunan tədbirlərin əhəmiyyəti vurğulanıb, Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı müzakirə olunub.

 

Qeyd edək ki,  nümayəndə heyəti Türkiyəyə səfər çərçivəsində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində keçirilmiş anım tədbirində iştirak etməklə yanaşı, bir sıra görüşlər keçirəcək və dağıdıcı zəlzələyə məruz qalan Kahramanmaraş bölgəsini ziyarət edəcək.

 


Xəbəri paylaş

178 dəfə oxunub.

Digər xəbərlər