Saytımızı qiymətləndirin


 
 

Baş separatçı Arayikin Göyçə gölü sahilindəki malikanəsinin görüntüləri yayıldı...-VİDEO
Tarix: 08-05-2023 | Saat: 11:24
Bölmə:Karusel / Region | çapa göndər

Baş separatçı Arayikin Göyçə gölü sahilindəki malikanəsinin görüntüləri yayıldı...-VİDEO

Azərbaycan Respublikası Qarabağ iqtisadi rayonunun iki il yarımdır Rusiyanın nəzarətində qalan və elə həmin imperiyanın himayəsində bəslənən 32 yaşlı separatçı-terrorçu rejimin hazırkı başçısı Arayik Arutyunyanın Qərbi Azərbaycan torpaqlarımızda - Göyçə gölünün sahilində yerləşən malikanəsinin video-görüntüləri yayılıb.

Moderator.az xəbər verir ki, Azərbaycan dövlətinin İnterpolla axtarışa verdiyi baş separatçının villasının bir erməni qadın tərəfindən çəkilmiş  görüntüləri sosial şəbəkələrin erməni seqmentində paylaşılıb.

Xatırladaq ki,  Arayik Arutyunyan 1973-cü ildə Xankəndində Azərbaycan SSR vətəndaşı kimi dünyaya gəlib. 1992-1994-cü illərdə  könüllü olaraq Azərbaycanın ərazi bütövlüyünə qarşı I Qarabağ müharibəsində iştirak edib. 2007-2017-ci illərdə Qarabağdakı separatçı-terrorçu rejimin qondarma "baş naziri", 2017-2018-ci illərdə isə "dövlət naziri" vəzifələrini daşıyıb. 2020-ci ilin mayında keçirilmiş qanunsuz "seçki"lərdə Kremlin himayəsindəki hərbi xuntanın "prezidenti" seçilib. 2020-ci ilin oktyabrında Gəncə şəhərinə ballistik raketlərin atılması haqda əmri şəxsən verdiyini etiraf edib və buna görə də Azərbaycan dövləti tərəfindən İnterpolla beynəlxalq axtarışa verilib...

Qeyd edək ki, Moderator.az Arayikin Göyçə gölü sahilində villası haqda  2022-ci ildə məlumat yaymışdı.(moderator.az)



Xəbəri paylaş

1122 dəfə oxunub.

Digər xəbərlər