Saytımızı qiymətləndirin


 
 

Partiya sədri əfv edildi
Tarix: 08-05-2023 | Saat: 10:26
Bölmə:Karusel / Siyasət | çapa göndər

Partiya sədri əfv edildi

 

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev əfv edilib.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə Prezidentin sərəncamında qeyd edilib.

 

Xatırladaq ki, Əli Əliyev 2021-ci il noyabrın 30-da qəzaya uğrayan DSX-ya məxsus "Mi-17" tipli helikopterdə sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilovun xüsusi ittiham qaydasında şikayəti əsasında Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə (böhtan) uyğun olaraq 5 ay müddətinə azadlıqdan məhrum olunub. Daha sonra R. Ədilovun şikayəti əsasında Yasamal Rayon Məhkəməsinin qərarına görə, Ə. Əliyevə 5 ay həbs cəzası təyin olunub. Təqsirləndirilən şəxs barəsində əvvəlki cəza müddəti ilə sonrakı cəza qismən toplanaraq ümumilikdə 6 ay azadlıqdan məhrum etmə cəzası seçilib.

 

VİP sədri sonuncu dəfə isə YAP-ın Binəqədə Rayon Təşkilatının sabiq sədri Ramiz Göyüşovun şikayəti əsasında məhkəməyə verilib.

 

O, Cinayət Məcəlləsinin148 (təhqir) maddəsi ilə təqsirli bilinərək 6 ay azadlıqdan məhrum edilib. Onun əvvəlki cəzaları birləşdirilib yekun olaraq 1 il azadlıqdan məhrumetmə cəzası təyin olunub.

 

Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2022-ci il 22 noyabr tarixli hökmü ilə  3 il 6 ay müddətinə azadlıqdan edilib.



Xəbəri paylaş

193 dəfə oxunub.

Digər xəbərlər
3-09-2022, 17:57 Qorbaçov dəfn edilib