Saytımızı qiymətləndirin


 
 

14 mayda qələbə qazanacağıq  - Ərdoğan
Tarix: 06-05-2023 | Saat: 11:52
Bölmə:Karusel / Dünya | çapa göndər

14 mayda qələbə qazanacağıq  - Ərdoğan

“Mayın 14-də keçiriləcək tariximizin ən vacib seçkisində Allahın köməyi ilə yenə qələbə qazanacağıq”.

 

Qarabaqinfo. az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tviter hesabında yazıb.

 

O bildirib ki, seçkilərin nəticələrinə əsasən gənclər, yaşlılar, qadınlar və kişilər daxil olmaqla, 85 milyonluq xalqın hər biri qələbə qazanacaq:

 

“Şərq, qərb, şimal və cənubda yerləşən 81 vilayətimizin hər biri qalib gələcək. Cəmiyyətimizin bütün təbəqələri qələbə qazanacaq. Fərqli inanclara sahib bütün vətəndaşlarımız qələbə qazanacaq. “Daha ədalətli bir dünya mümkündür” şüarımızı eşidən Asiya və Afrikadakı yüz milyonlarla insan qələbə qazanacaq. Ay-ulduzlu al bayrağımızı görəndə hüzur tapan, özünü inamlı hiss edən soydaşlarımız qalib olacaq. Ölkəmiz və dünyanın dörd bir tərəfində Türkiyənin uğuru üçün dua edənlər qələbə qazanacaq”.

 

Ərdoğan qeyd edib ki, seçkilər nəticəsində Türkiyə, həmçinin bu regionda haqqı tapdalananlar qələbə qazanacaq:

 

“14 may, Allahın köməyi ilə, hər birimizin bayramı, qürur günü, Türkiyə demokratiyasının bayramı olacaq. Heç kəs pessimist olmasın. Heç kəs ölkəmizin parlaq gələcəyi ilə bağlı inamını itirməsin”.



Xəbəri paylaş

191 dəfə oxunub.

Digər xəbərlər