Paşinyan: "İyunun 1-də Ermənistan-Azərbaycan sülh müqaviləsi imzalansa, şad olaram"
Tarix: 04-05-2023 | Saat: 15:41
Bölmə:Karusel / Region | çapa göndər
1184 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 04-05-2023 | Saat: 15:41
Bölmə:Karusel / Region | çapa göndər

"İyunun 1-də Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalansa, şad olaram”.
Qarabaginfo.az "report”a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
Mayın 3-də parlamentdə "Ermənistan” fraksiyasından olan deputat Qeqam Manukyan baş nazirə ABŞ-Azərbaycan-Ermənistan, habelə Rusiya-Azərbaycan-Ermənistan rəsmiləri arasında üçtərəfli görüşlə bağlı sual verib.
Deputatın sualına cavab olaraq Nikol Paşinyan bildirib ki, onun artıq parlamentə təqdim etdikləri Vaşinqtonda müzakirə olunur.
"Masada Ermənistan-Azərbaycan sülh müqaviləsi ilə bağlı təkliflər sənədi var. Mən Xarici İşlər Nazirliyinə tapşırdım ki, sizi Azərbaycanın və Ermənistanın təklifləri ilə, bu sənədlə tanış etsin, siz istəmədiniz”, - baş nazir vurğulayıb.
Müxalifətdən olan deputat həmçinin Praqada keçirilən görüş formatında, Vaşinqtonda müzakirə olunan sənəd əsasında iyunun 1-də Kişinyovda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının mümkün olub-olmadığını soruşub.
"Belə olsaydı, çox sevinərəm. Bunlar pis xəbər deyil, yaxşı xəbərlərdir. Danışıqlar davam etdiyi üçün deyəcəyim hər hansı müsbət və ya mənfi şərh onların gedişatına təsir edəcək. Mən Vaşinqtona səfər edən rəsmilərə dedim ki, sərbəst danışıqlar aparsınlar və ictimaiyyətə açıqlanan fikirlərimiz çərçivəsində vurğuladım - siz bilməlisiniz ki, Azərbaycanla danışıqlar apardığınız sənədi mən imzalayacam”.
Xəbəri paylaş
Digər xəbərlər
18-07-2025, 08:32
Ərəb dövlətləri Suriyadakı hadisələrlə bağlı birgə bəyanat yayıb
6-11-2025, 23:05
Britaniya kralının qardaşı "şahzadə" titulundan məhrum edilib
19-02-2026, 16:52
Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin sabiq sədri külli miqdarda mənimsəmədə ittiham olunur
28-11-2021, 23:48
Ukrayna prezidenti ilə mübahisə edən jurnalistə cinayət işi açılıb
19-01-2021, 16:35
Laçın rayonu Qoşasu kəndi
13-09-2024, 14:58
Metro payız-qış rejiminə keçir
29-05-2025, 11:57
Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
4-11-2024, 12:52
İranda SEPAH-ın 2 üzvü həlak olub
23-01-2025, 22:33
Tramp ABŞ-nin enerji resurslarını Avropaya tədarük etməyə hazır olduğunu açıqlayıb
5-02-2019, 17:24
MTRŞ bu telekanallara 600 yüz min pul ayırdı
















