Tarix: 04-05-2023 | Saat: 12:40
Bölmə:Karusel / Qarabağ | çapa göndər
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda keçirilən görüşündə Qazaxın 7 kəndi və Naxçıvanın işğal altında olan Kərki kəndi ilə bağlı müzakirələrin aparıldığı iddia olunur.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" nəşri məlumat yayıb.
Nəşrin diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, XİN başçıları görüşlər zamanı anklavlar mövzusuna da toxunublar. Lakin danışıqların detalları rəsmi şəkildə açıqlanmadığından, söhbətin hansı istiqamətdə getdiyi, işğal altında qalan kəndlərin azad olunması ilə bağlı danışıqlarda irəliləyiş olub-olmadığı məlum deyil.
Bundan əlavə, Vaşinqton görüşünün bu gün yekunlaşacağı ehtimal olunur.
Qeyd edək ki, mayın 1-də Vaşinqtonda ABŞ dövlət katibinin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında danışıqlar başlayıb. Blinken əvvəlcə Ararat Mirzoyan, sonra Ceyhun Bayramovla görüşüb, ardınca üçtərəfli görüş keçirilib. Görüşlər zamanı regionda təhlükəsizlik vəziyyəti, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesi ilə bağlı məsələlər müzakirə olunub.
Xatırladaq ki, Qazax rayonun işğal altında qalan kəndləri bunlardır:
Bağanis Ayrım – 24.03.1990
Xeyrimli – 08.03.1992
Aşağı Əskipara – 12.03.1992
Barxudarlı – 27.04.1992
Sofulu – 27.04.1992
Qızılhacılı - 11.05.1992
Yuxarı Əskipara – 08.06.1992
Digər xəbərlər