Britaniya səfiri Tərtərdə üç nəfərin minaya düşərək həlak olmasına görə başsağlığı verib
Tarix: 29-04-2023 | Saat: 10:16
Bölmə:Karusel / Siyasət | çapa göndər
1196 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 29-04-2023 | Saat: 10:16
Bölmə:Karusel / Siyasət | çapa göndər
Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Tərtər rayonunda üç azərbaycanlının minaya düşərək həlak olması ilə bağlı başsağlığı verib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə səfir tviter səhifəsində paylaşım edib.
"Tərtər rayonu ərazisində tank əleyhinə minanın partlaması nəticəsində üç nəfərin həlak olması xəbəri məni çox üzdü. Ölənlərin yaxınlarına başsağlığı verirəm", - səfir bildirib.
Xatırladaq ki, aprelin 28-də Tərtər rayonunun Talış kəndi ərazisində tank əleyhinə minanın partlaması nəticəsində "RPS Energy Ltd." şirkəti ilə çalışan Yusifov Nadir Pənah oğlu, Gözəlov Səxavət İsmayıl oğlu və Sədiyev Fərid Mehman oğlu həlak olub.
Faktla bağlı Tərtər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.
Xəbəri paylaş
Digər xəbərlər
28-03-2024, 14:29
Müstəqil Azərbaycanın təhlükəsizlik nazirləri KİMLƏRDİ...
27-12-2022, 12:33
Xankəndidə Prezidentin xüsusi nümayəndəliyi yaradılsın!
5-08-2022, 23:44
İlham Əliyev: “2 ilə yaxın müddətdə Ermənistanın 10 noyabr bəyanatına əsasən üzərinə düşən öhdəlikləri yerinə yetirməyib”
14-01-2023, 16:11
ABŞ Dövlət Departamenti Türkiyəyə “F-16”-ların satışına icazə verilməsi üçün Konqresə müraciət edib
24-06-2021, 12:17
Sergey Lavrov: "Azərbaycan və Ermənistan arasında əlaqələrin qurulmasına səy göstəririk"
25-02-2022, 13:25
Deputatlar COVID-19 testindən keçəcəklər














