Saytımızı qiymətləndirin


 
 

Tehranda qətlə yerinə yetirilən azərbaycanlı mühafizəçinin qanı batırılır - Şok iddia
Tarix: 28-04-2023 | Saat: 13:05
Bölmə:Karusel / Region | çapa göndər

Tehranda qətlə yerinə yetirilən azərbaycanlı mühafizəçinin qanı batırılır - Şok iddia“İran qanunlarına görə, adətən, belə hücumlarda İran rejimi istəsə, cinayətkara edam hökmü kəsə, istəməsə isə o adamı buraxa bilər. Çünki İranda baş verən çoxsaylı qətllərdə çox vaxt cinayətkarlar sərbəst buraxılır, yaxud çox az müddətə azadlıqdan məhrum edilir”.

Qarabaginfo.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında iranşünas Sədrəddin Soltan deyib.

O, yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə qarşı həyata keçirilən silahlı terror hücumundan 3 ay keçməsinə baxmayaraq, hələ də İran hakimiyyətinin istintaqın yekun materialları ilə bağlı Azərbaycana məlumat verməməsinə, habelə prosesin uzatmasına münasibət bildirib.

S. Soltan söyləyib ki, indiyə qədər İran hakimiyyəti Azərbaycan tərəfinə tutarlı rəsmi cavab verməyib:

“Təxminən 1-2 ay öncə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani söylədi ki, bu istiqamətdə araşdırma davam edir və Azərbaycan tərəfini məlumatlandıracağıq. Lakin hələ ki, elə bir məlumat yoxdur.

Bu, onu göstərir ki, İran hakimiyyəti bu terroru, bir növ, ört-basdır etmək istəyir. Cinayəti ört-basdır etmək isə İran hakimiyyətinin hansısa qolunun, yaxud bütövlükdə hakimiyyətin Azərbaycanla münasibətin pisləşdirilməsi istiqamətindəki fəaliyyətini gizlətmə cəhdidir. Ola bilər ki, bu terror aksiyasını İranın hakimiyyətdaxili qüvvələrindən hər hansı biri törədib ki, Azərbaycanı təhdid etsinlər. Yəni biz istəsək, Azərbaycana qarşı terror edə bilərik”.

İranşünas xatırladıb ki, səfirliyimizə qarşı həyata keçirilən terror aktından əvvəl İrandakı bəzi qüvvələr bəyan etmişdilər ki, onlar Azərbaycan səfirliyinə, yaxud Naxçıvana yük daşıyan TIR sürücülərinə hücum edə bilərlər:

“Bu açıqlamalar ötən ilin noyabr ayında olmuşdu, ondan 2 ay sonra isə məlum hadisə baş verdi. Ona görə də İran hakimiyyətinin bu tip terror hadisələrini ört-basdır etməsi ona inam və etimadı azaldır.

İran hakimiyyəti təmsilçilərinin Azərbaycanla bağlı verdikləri bəyanat və özlərini xoşməramlı göstərmələri artıq səmimi alınmır və Bakının Tehran rejiminə etibar etməməsinə haqq qazandırır”.

Müsahibimiz vurğulayıb ki, burada bir neçə cinayət tərkibi var və belə adamları İran hakimiyyəti daha çox mükafatlandırır:

“Məsələn, 2006-cı ildə “İran” qəzetində Azərbaycan türkləri təhqir edilmişdi. Bu isə ölkədaxili milli zəmində iğtişaş yaratmaqdır. Milli zəmində iğtişaş yaratmaq isə ölkədə sabitliyin pozulması deməkdir. Amma “İran” qəzetinin məsul şəxslərinə heç bir cəza tətbiq edilmədi. Halbuki həmin qəzet Tehran bələdiyyəsinin orqanıdır. Bu gün də “İran” qəzeti öz fəaliyyətini davam etdirir və ara-sıra Azərbaycan türklərinə qarşı bu “ənənə” ilə çıxış edir. Çünki bu, rejimin sifarişidir, səfirliyə hücum da onların sifarişi idi. Sizcə, Tehran rejimi öz sifariş verdiyi şəxsləri cəzalandıra bilərmi?!”



Xəbəri paylaş

181 dəfə oxunub.

Digər xəbərlər