Qarabaginfo.az xəbər verir ki, bunu bir müddət əvvəl güllələnən deputat Fazil Mustafa sosial şəbəkədə yazıb.
O, bildirib ki, xəstəxanada və evdə müalicə prosesində kitabı tamamlayıb:
“Rəmzi mənada yenidən aktiv siyasətə kitabla başlamağı düşünürəm. Kitabsız vətənpərvərlərin, kitabsız dinçilərin cövlan etdiyi, söz sahibinə çevrildiyi, ictimai rəyin boğazına kəndir keçirdiyi məmləkətimizdə doğru düşüncəni israrla yaymalıyıq, çatdırmalıyıq. Çox yazmalıyıq, çox anlatmalıyıq. Əks halda bu cəmiyyət, bu dövlət, bu millət siyasi, dini, ideoloji cahilliyə tədricən təslim olacaqdır...”(Yeni Sabah)