Saytımızı qiymətləndirin


 
 

Gürcüstana qanunsuz keçmək istəyənlər tutuldu 
Tarix: 18-04-2023 | Saat: 16:24
Bölmə:Karusel / Kriminal | çapa göndər

Gürcüstana qanunsuz keçmək istəyənlər tutuldu  Aprel ayının 6-da saat 01:08-də Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində, Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 2 (iki) nəfər Nepal Federativ Demokratik Respublikası və 2 (iki) nəfər Şri-Lanka Demokratik Sosialist Respublikası vətəndaşları saxlanılıb. 

Bu barədə Qarabaginfo.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Aparılan əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılan şəxslərin dövlət sərhədini pozaraq qanunsuz yolla keçmələrinə bələdçilik edən Azərbaycan vətəndaşı Bakı şəhər sakini 1984-cü il təvəllüdlü Hüseynov Nadir Hidayət oğlu müəyyən edilərək istintaqa cəlb olunub.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir. 



Xəbəri paylaş

197 dəfə oxunub.

Digər xəbərlər