Bu iddia ilə Gununsesi.info-ya adıçəkilən kanalda çalışan əməkdaşlar bildirib.
Onların iddiasına görə, televiziya həyatın bütün sahələrini işıqlandırmalı olan bir platforma olsa da Vado Korovin ancaq bəlli bir sahəyə köklənib ki, bu da televiziyanın auditoriyasının itirilməsinə gətirib çıxarıb.
Əməkdaşların sözlərinə görə, “Space”in son illərki tarixində ən uğurlu rəhbər Müşfiq Hətəmov olub.
Qeyd edək ki, Müşfiq Hətəmov bu vəzifəyə 2021-ci ilin may ayında təyin olunmuşdu.
Onun təyinatından sonra “Space”də ciddi irəlləyiş oldu. Hətta əməkdaşların aylardan bəri yığılıb qalmış əmək haqları ödənilib.
Onun gedişi ilə kanalın xəbər siyasəti demək olar ki, çöküb.