Saytımızı qiymətləndirin


 
 

Ermənistan bankları rusların pul köçürmələrini bloklayacaq
Tarix: 11-04-2023 | Saat: 12:07
Bölmə:Karusel / Region / İqtisadiyyat | çapa göndər

Ermənistan hakimiyyəti Rusiyada beynəlxalq ödəniş sistemlərinin fəaliyyətinin dayandırılmasından sonra ölkədə sayı kəskin artmış rusiyalı müştərilərin bank əməliyyatlarına nəzarəti gücləndirir.

Qarabaginfo.az xəbər verir ki, Ermənistan Mərkəzi Bankı bildirib ki, erməni bankları rusiyalı müştərilərə münasibətdə tələblərini sərtləşdirməyə məcburdur və Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalarla bağlı köçürmələrdən imtina edir.

“Qərb kommersiya bankları, xüsusən də ABŞ, hazırda Rusiyaya qarşı sanksiyalarla əlaqədar əməliyyatlara nəzarət sistemini nəzərdən keçirir. Bu sistem çərçivəsində regiondakı bütün bankların, o cümlədən Ermənistan banklarının xarici əməliyyatları üçün şərtlər əhəmiyyətli dərəcədə sərtləşdirilib”, – Mərkəzi Bankdan bildiriblər.

Mərkəzi Bank xəbərdarlıq edir ki, rusiyalı müştərilərə edilən imtinaların sayı arta bilər: “Kommersiya bankları əməliyyatları riskli hesab edərsə, imtinaların sayını artıra bilər”.(Azpost.info)



Xəbəri paylaş

194 dəfə oxunub.

Digər xəbərlər