Saytımızı qiymətləndirin


 
 

“Azərpaşa sürücüsünə zəng edib vəziyyətinin yaxşı olmadığını deyib” –Xalq artisti Rafiq Əzimov
Tarix: 10-04-2023 | Saat: 12:58
Bölmə:Karusel / Mədəniyyət | çapa göndər

“Hacı İsmayılovla mən onun ölümünü dəqiqləşdirmək üçün evinə getdik. Azərpaşa özünü pis hiss edən zaman Mehman adlı sürücüsünə zəng edib vəziyyətinin yaxşı olmadığını deyib. Ondan evə gəlməsini xahiş edib. Qapını da açıq qoyub. Sürücüsü evə girəndə görüb ki, Azərpaşa qonaq otağında yerə yıxılıb”.

Bu sözləri BAKU.WS-ə açıqlamasında Xalq artisti Rafiq Əzimov Azərpaşa Nemətovun ölümündən danışarkən deyib. O, Nemətovun bir müddət əvvəl onurğasından zədə aldığını və bu səbəblə əməliyyat keçirdiyini də vurğulayıb:

“Biz onun bu cür ölümünü gözləmirdik. Onurğasından böyük əməliyyat keçirmişdi. Əməliyyat uğurlu olmuşdu deyə o, özünü gümrah hiss edirdi”.

Qeyd edək ki, Xalq artisti Azərpaşa Nemətov ötən gün 75 yaşında dünyasını dəyişib. 1947-ci ildə Bakı şəhərində anadan olan Xalq artisti yaradıcılığı boyunca yüzdən artıq tamaşaya quruluş verib.
O, 2016-cı ilin yanvarın 6-dan bu günə qədər Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının baş direktoru vəzifəsində çalışıb.



Xəbəri paylaş

1113 dəfə oxunub.

Digər xəbərlər